Terms and Conditions

ZOODMALL SATIŞ ŞƏRTLƏRİ

Bu standart satış şərtləri ("Satış şərtləri" ) elektron müqavilə formasında elektron sənəddir. Hazirki satış şərtlərinə yerli qanunvericilik istisna olmaqla fiziki, elektron və ya rəqəmsal imza tələb olunmur.

Hazırki satış şərtləri Alıcı və Satıcı arasında tərəflərin üzərində öhdəlik yaradan hüquqi sənəddir harada ki, Satıcı vebsaytda məhsullarını təklif etmək üçün satışa çıxarmışdır və Alıcı da Satıcının vebsaytda təqdim etdiyi məhsulu almaq üçün Satıcının belə bir təklifini qəbul etmişdir. Hazırki satış şərtləri Satıcı tərəfindən vebsaytda məhsulların reklamı, sərgilənməsi və satışa çıxarılması zamanı Satıcı üçün qüvvədə olacaq və onun üzərində məcburi hüquqi öhdəlik yaradacaqdir. Eyni zamanda onlar Alıcının Satıcının satışa çixardığı məhsulları almağa razilaşdığı zaman Alıcı üçün qüvvədə olacaq və onun üzərində məcburi hüquqi öhdəlik yaradacaqdir.

Hazırki Satış Şərtlərində www.ZoodMall.com ünvanında yerləşən vebsaytdan və "ZoodMall" adı altında olan və tərzində işlənilmiş mobil tətbiqdən (birlikdə Vebsayt) satıcıdan müxtəlif Malları (aşağıdakı tərifə uyğun olaraq) alan İstifadəçiyə (istər ziyarətçi istifadəçi, istərsə də qeydiyyatdan keçmiş istifadəçi olsun) "Alıcı" kimi, Vebsayt vasitəsilə Alıcı üçün istənilən Malları satışa çıxaran, sərgiləyən, təklif edən, təqdim edən, həmin məhsulun bazar tədqiqat ilə məşğul olan, onu satan və ya çatdıran istənilən fiziki və ya hüquqi şəxsə isə "Satıcı" kimi istinad olunur (bundan sonra "Satıcı" kimi istinad olunur). Hazırki Satış Şərtləri, o, cümlədən, alqı/satqı üçün təklif şərtlərini, Alıcı tərəfindən satış təklifinin qəbul olunmasını və Vebsayt vasitəsilə Satıcıdan mal və xidmətlərin ("Məhsullar") alışını təsvir edir. Hazırki Satış Şərtlərinə vəziyyətdən asılı olaraq Alıcı və Satıcı üzərində məcburi hüquqi öhdəlik yaradan müəyyən bəyanatlar və məsuliyyətdən imtinalar daxildir. Bəzən həm Alıcı, həm də Satıcıya müvafiq qrammatik formaya uyğun olaraq birlikdə "Siz" kimi istinad olunur.

Xahiş olunur istənilən məhsulu satışa çıxarmadan və ya almadan öncə bu satış şərtləri ilə tanış olun. Hazırki istifadə şərtləri müxtəlif razılaşma, şərt, məxfilik siyasəti, istifadə şərtləri və vebsaytın bütün digər siyasətlərinə əlavədir. Satıcı vebsaytda təqdim olunduğu kimi satışa çıxartdığı məhsullar üzrə və ya məhsul təsvirlərində əlavə və ya bir-biri ilə ziddiyyət təşkil edən şərtləri daxil edə bilər ("əlavə satış şərtləri"). Əgər hazırki satış şərtləri və əlavə satış şərtləri arasında hər hansı bir ziddiyyət olarsa əlavə satış şərtləri belə bir ziddiyyət həddində və həmin satışa münasibətdə üstün qüvvəyə malik olacaqdır. Əgər satıcı hazırki satış şərtləri ilə razı olmazsa onda ondan vebsaytda hər hansı məhsulu satışa çıxarmamaq və ya təklif etməmək xahiş olunur. Öz növbəsində əgər alıcı hazırki satış şərtləri və əlavə satış şərtləri ilə razı olmazsa ondan da vebsaytda satışa çıxarılmış və ya təklif olunmuş hər hansı bir məhsulu almamaq və ya almağa cəhd göstərməmək xahiş olunur.

Hazırki Satış Şərtləri istənilən vaxt təkrar nəzərdən keçirilə bilər və buna görə də həm Alıcı, həm də Satıcılardan hər hansı bir Məhsulu satışa çıxarmadan və ya hər-hansı bir məhsulun alşını həyata keçirmədən öncə vaxtaşırı olaraq bu Satış Şərtləri ilə tanış olmaq xahiş olunur. Yenilənmiş Satış Şərtləri ilə Vebsaytda tanış olmaq olar.

Əlavə olaraq sizdən ən son Satış Şərtləri ilə tanış olmaq üçün Vebsayta müntəzəm olaraq baş çəkmək xahiş olunur. Hazırki Satış Şərtlərinin dəyişib dəyişməməsini müəyyən etmək üçün onların dövri olaraq yoxlanılması sizin məsuliyyətiniz olacaqdır, Alıcı isə təklif olunan Mallar üzrə Satıcının Əlavə Şərtlərini də nəzərdən keçirməlidir. Sizdən Vebsayt və aidiyyatı xidmətləri istifadə etmədən öncə tələb olunan qaydada istənilən yeniliklərə xüsusi razılığınızı vermək tələb oluna bilər. Əgər ayrıca razılıq tələb olunmursa Vebsayta və ya hazırki Satış Şərtlərinə edilən bu dəyişikliklər və əlavələrdən sonra sizin Vebsaytdan davamlı istifadəniz belə bir dəyişiklik və ya əlavələrin tərəfinizdən qəbul edilməsi anlamını daşıyacaqdır.

  1. Məhsulun təklif edilməsi və qəbulu

    1. Bununla Satıcı Vebsaytda özü tərəfindən təqdim olunan Məhsulları satmaq üçün təklifini irəli sürür, Alıcı isə öz növbəsində Satıcı tərəfindən belə şəkildə təqdim olunmuş Məhsulları almağa razılığını verən zaman Satıcının belə satış təklifini qəbul edir. Müvafiq olaraq Məhsulun satışı üçün müqavilə Alıcı və Satıcı arasında olan ikitərəfli müqavilə olmalıdır. ZoodMall belə bir ikitərəfli müqavilə üzrə üçüncü tərəf benefisarı deyil. Alıcı Satıcı tərəfindən Məhsulun satışı üzrə təklifi mütləq və qeyd şərtsiz təklif olmadığını anlayır və bununla razılaşır. Satıcı məhsulun Alıcıya çatdırılmasından əvvəl istənilən vaxt belə bir satış təklifini geri çağıra bilər və onun belə bir imtinanın səbəbini göstərmək öhdəliyi yoxdur və Alıcının buna razılığı tələb olunmur və ya onun Alıcıya münasibətdə hər hansı bir məsuliyyəti və ya öhdəliyi olmur. Satıcı və Alıcı ZoodMall-un (i) Satıcı Müqaviləsi, hazırki Satış Şərtləri, Vebsaytdan İstifadə Şərtləri, Məxfilik Siyasəti və ya bir tərəfdən ZoodMall, digər tərfədən isə Satıcı və ya Alıcı arasında bağlanan hər hansı müqavilə və ya siyasətə əsasən istənilən səbəbə görə və ya (ii) istənilən qanunverici, xüsusi məhkəmə və ya məhkəmə orqanının sərəncamı və ya göstərişinə əsasən istənilən satış əməliyyatını, təklifi və ya təklifin qəbulunu ləğv etmək hüququna sahib olduğunu anlayır və buna razılığını verir.
  2. Mallar

    1. ZoodMall həmçinin bütün subyektlərin əqli mülkiyyət hüquqlarına hörmət edir. Əgər siz özünüzə aid əqli mülkiyyət hüquqlarının hər hansı bir şəkildə pozulduğunu hesab edirsizsə onda Əqli Mülkiyyət Hüququnun Pozulması ("ƏM hüququnun pozuntusu üzrə Bildiriş") üzrə bildirişi bizə göndərməyiniz xahiş olunur. Xahiş edirik bizə lazımi qaydada doldurulmuş ƏM hüququnun pozuntusu üzrə bildirişi göndərin.
    2. Satış üçün təklif olunan məhsulun mövcudluğu Məhsul Alıcı tərəfindən alınmamışdan öncə əvvəlcədən xəbərdarlıq verilmədən dəyişə bilər. Bununla belə bəzi vəziyyətlərdə alqı əməliyyatından sonra Məhsul Alıcıya çatdırmaq üçün mövcud olmaya bilər. Belə olan halda Satıcı Alıcıya müraciət etmədən belə alqı əməliyyatını ləğv edə bilər və ya onu ləğv etmək üçün ZoodMall-a təlimat verə bilər və bu zaman nə Satıcı, nə də ZoodMall üzərində hər hansı bir məsuliyyət yaranmır. Əgər ödəniş qəbul olunduqdan sonra Alıcının sifarişi ləğv olunubsa qeyd olunmuş məbləğ Alıcı tərəfindən vəsaitin geri köçürülməsi üçün göstərilmiş bank hesabına və ya Alıcının vasitəsilə ödənişi həyata keçirdiyi ödəniş alətinə və ya Alıcının hər hansı əvvəlcədən ödəniş alətinin hesabına geri ödəniləcəkdir/köçürüləcəkdir. ZoodMall sırf öz mülahizəsinə görə yuxarıda qeyd olunan seçimlərdən vəsaitin geri qaytarılması üsulunu müəyyən etmək hüququna malikdir..
    3. Satıcının Alıcıya Məhsulun satışı ilə əlaqədar olaraq Satıcı Alıcıya aşağıdakılarla bağlı təminat və zəmanətləri verir:
      1. Satıcının Alıcıya ZoodMall tətbiqi üzərindən və ya onun vasitəsilə Məhsulları satmaq hüququ var;
      2. Alıcı Məhsul üzərində mülkiyyət hüququndan lazımi qaydada istifadə edə bilər;
      3. Məhsullar üçüncü tərəflərin xeyrinə olan hər hansı haqqlar və ya məhdudiyyətlərdən azaddır;
      4. Alıcının Məhsulun istehsalçısı və ya satıcısı tərəfindən təqdim olunan bütün zəmanətlərə və digər təminatlara hüququ vardır;
      5. Məhsul ZoodMall tətbiqində göstərilmiş təsvir və spesifikasiyalara uyğun olmalıdır.
      6. Bütün məhsullar üçün satıcının zəmanəti alışdan sonra ən azı 90 gün ərzində qüvvədə olmalıdır.
  3. Qiymət barədə məlumat

    1. Məhsulun Satış Qiyməti məhsulun Alıcı tərəfindən satınalınmasıdan əvvəl hər hansı bir bildiriş verilmədən dəyişə bilər. Satış Qiyməti Vebsaytda "olduğu kimi" prinsipi əsasında təqdim olunur. Texniki səbəblər üzündən Satış Qiymətində ZoodMall tərəfindən istənilən vaxt düzəliş oluna bilən səhvlər ola bilər və belə bir səhv Satış Qiymətinə görə Alıcı tərəfindən satış təklifinin qəbulu, ZoodMall-un mülahizəsindən asılı olaraq, etibarsız sayıla bilər və belə bir əməliyyat ZoodMall və/və ya Satıcı tərəfindən ləğv oluna bilər.
    2. ZoodMall-da olan bütün qiymətlərə əksi göstərilmədiyi halda çatdırma haqqı və vergilər daxildir.
  4. Məhsulun çatdırılması

    1. Məhsul ZoodMall tərəfindən seçilmiş logistika xidmətinin təchizatçısı tərəfindən çatıdrılacaqdır. Nəqliyyat və ya çatdırma və ya tranzti zamanı Məhsulların zədələnməsi, itkisi və ya korlanması riski Alıcının yox Satıcının üzərində olacaqdır. Satıcı çatıdırılan Məhsulların qüsursuz olduğuna və məhz özü tərəfindən Vebsaytda təqdim olunmuş və reklam olunmuş və Alıcı tərəfindən alınmış Məhsullar olduğuna və Vebsaytda göstərildiyi kimi bütün təsvir və spesifikasiyalara uyğun olduğuna təminat və zəmanət verir.
    2. Bəzi məkanlar/ünvanlar ola bilər ki, onlara logistika xidmətinin təchizatçıları və ya Satıcı tərəfindən xidmət göstərilməyə bilər. Belə hallarda Alıcı logistika xidmətinin təchizatçısı və ya satıcı tərəfindən Məhsulu çatdırmaq üçün alternativ çatdırma ünvanını təqdim edə bilər. Alıcı malın göndərilməsindən sonra çatdırma ünvanını dəyişə bilməz.
    3. Xahiş olunur nəzərə alasınız ki, zəmanət verilən göndərmə vaxtı yoxdur və göndərmə vaxtı barədə istənilən məlumat yalnız təxmini səciyyə daşıyır və ona etibar olunmamalıdır. Buna görə də Alıcı və Satıcı arasında Vebsayt və Tətbiq üzərindən və ya onlar vasitəsilə Məhsulun alqı-satqısı üzrə olan müqavilədə vaxt mühüm şərt deyil. Bununla belə, Alıcı aldığı Məhsulun ödənişini etməyənə qədər Məhsul Alıcıya göndərilməyəcəkdir.
    4. Alıcı özü tərəfindən alınmış və ünvan üzrə çatdırımış Məhsulları qəbul etməyə borcludur. Alıcı özü tərəfindən sifariş edilmiş və çatdırılmış Məhsulları qəbul etməyi unutduqda və ya onları qəbul etməkdən imtina etdikdə Alıcı malları qəbul etmədiyinə görə Satıcı qarşında məsuliyyət daşıyacaqdır və bundan əlavə belə bir çatdırma və ya əməliyyat tamamlanmış olsaydı ZoodMall və onun üçüncü tərəflərinin Satıcıdan qazana bildiyi istənilən xidmət haqqı və ya ödənişin itkisi üzrə ZoodMall qarşısında məsuliyyəti öz üzərinə götürəcəkdir. Alıcı belə ziyanın və ya ZoodMall və onun üçüncü tərəflərinin çəkdiyi itkilərin birbaşa və ya dolayı olmadığını təsdiq edir.
    5. Mülkiyyət hüququ və Məhsullar üzərində əşya hüququ da daxil olmaqla digər hüquqlar belə bir Məhsul çatdırıldıqdan və onun qiyməti tam ödənildikdən sonra Satıcıdan Alıcıya keçir. Çatdırılmadan sonra Məhsullar Alıcı tərəfindən qəbul edilmiş kimi sayılır. Məhsul çatdırıldığı andan etibarən təsadüfi itki riski Alıcının üzərinə keçir.
    6. Məhsulun təsdiqlənmiş qəbulu: Əgər Alıcı Məhsulu maskimal olan çatdırma müddəti ərzində almayıbsa o belə təxmin olunmuş çatdırma tarixindən 3 gün müddətində ZoodMall ilə dərhal əlaqə saxlamalı, ZoodMall isə, öz növbəsində, Məhsulun yerini müəyyən etmək və çatdırmaq üçün əlindən gələni etməlidir. Əgər ZoodMall belə bir çatdırma tarixindən 3 gün müddətində Alıcıdan bir xəbər almazsa bu Məhsulun Alıcı tərəfindən qəbul olunması kimi hesab olunacaqdır.
  5. Məhsulların Qaytarılma Siyasəti

    1. Alıcının vəsaitin geri ödənilməsi və ya məhsulun dəyişdirilməsi üzrə Məhsulla əlaqəli şikayətləri ZoodMall-un məhsulların qaytarılması siyasətinə uyğun olaraq nəzərdən keçiriləcəkdir. Bununla belə çatdırma və ya Məhsulların keyfiyyəti ilə bağlı həqiqətə uyğun olmayan, boşu boşuna və ya əsassız şikayətlər təqdim olunduğu halda Alıcının vəsaitin geri ödənilməsini və ya məhsulun dəyişdirilməsini tələb etmək hüququ olmayacaqdır.
    2. Hər hansı bir çatdırılmış Məhsulu qəbul etmədən öncə Alıcı məhsulun qablaşdırmasının bütöv olduğuna və korlanmadığına əmin olmalıdır.
    3. Məhsulun qaytarılma prosesi onun xüsusiyyəti və kateqoriyasından asılı olaraq əlavə şərtlərə məruz qala bilər. İstənilən belə əlavə şərtlər Vebsaytda göstərilə və ya alış zamanı Satıcı tərəfindən bəyan oluna bilər.
    4. Əgər Məhsulun qaytarılması lazımı qaydada ZoodMall tərəfindən təsdiq olunubsa Məhsulun alışı zamanı Alıcı tərəfindən əvvəlcədən ödənilmiş Məhsulun qiyməti vəsaitin belə şəkildə geri ödənilməsi üçün Alıcı tərəfindən təqdim olunmuş bank hesabına geri ödəniləcəkdir və ya ödənişin həyata keçirildiyi eyni ödəniş alətindən istifadə edərək geri qaytarılacaqdır ya da Alıcının əvvəlcədən ödəniş imkanı olan istənilən digər ödəniş alətinin hesabına köçürüləcəkdir. ZoodMall-un yuxarıda qeyd olunmuş seçimlər arasından vəsaitin geri qaytarılması üsulunu öz mülahizəsinə görə müəyyən etmək hüququ olacaqdır.
    5. ZoodMall-un Satıcının adından məhsulları dəyişməsi və ya alıcıya vəsaiti geri qaytarması təqdirdə keyfiyyəti tələblərə uyğun olmayan Məhsullar və ya onların hissələri Satıcının mülkiyyətinə keçəcəkdir.
  6. Əməliyyatların / sifarişlərin ləğvi

    1. Satıcı tərəfindən sifarişin ləğvi: Bəzi sifarişlər ola bilər ki, onların Satıcı tərəfindən qəbul edilməsi mümkünsüz ola bilər və Satıcının onları birbaşa ləğv etmək və ya sifarişi ləğv etmək üçün ZoodMalla tapşırıq vermək hüququ vardır. Satıcı sırf öz mülahizəsinə görə isitənilən səbəbdən çıxış edərək sifarişdən imtina etmək və ya onu ləğv etmək hüququnu özündə saxlayır. Alıcının sifarişinin ləğv olunması ilə nəticələ bilən vəziyyətlərə, o, cümlədən, lakin məhdudiyyət tətbiq olunmadan, Alıcı tərəfindən sifariş verilmiş Məhsulun olmaması və ya tələb olunan miqdarda olmaması və ya qiymət məlumatında qeyri-dəqiqliklər və ya səhvlərin olması daxildir. Satıcı istənilən sifarişi icraya qəbul etmədən öncə əlavə məlumat və ya informasiyanı tələb edə bilər. Bütün belə ləğvetmələr Alıcıya heç bir müraciət olunmadan aparılmalı və ZoodMall-a münasibətdə onun üzərində hər hansı bir məsuliyyəti yaratmamalıdır. Əgər Alıcının sifarişi ödəniş qəbul edildikdən sonra belə şəkildə ləğv olunarsa qeyd olunan məbləğ vəsaitin geri ödənilməsi üçün Alıcı tərfindən göstərilmiş bank hesabına və ya vasitəsilə ödəniş həyata keçirilmiş Alıcının ödəniş alətinə və ya Alıcının əvvəlcədən ödəniş imkanlı ödəniş alətinin hesabına geri qaytarılacaqdır/köçürüləcəkdir. ZoodMall-un yuxarıda qeyd olunan seçimlərdən vəsaitin geri qaytarılması üsulunu öz mülahizəsinə görə müəyyən etmək hüququ olacaqdır. Məhsulun alışı üçün ZoodMall tərəfindən verilmiş promo kodun istifadə olunduğu təqdirdə belə promo kod altında olan məbləğ sifarişin ləğv edilməsi halında geri qaytarılmaycaqdır.
    2. Alıcı tərəfindən sifarişin ləğvi: Sifarişin ləğv olunması ilə bağlı müraciətlər daxil olduqda Satıcı hər hansı səbəbə görə sifarişlərin ləğv olunması üçün müraciətləri qəbul etmək və ya onlardan imtina etmək hüququnu özündə saxlayır. Normal biznes təcrübəsi çərçivəsində Satıcıya sifarişin ləğv olunması ilə bağlı müraciət daxil olduqda və sifariş hələ də icraya qəbul olunmadıqda Satıcı sifarişi ləğv edə bilər və ağlabatan vaxt müddətində Alıcıya tam məbləği qaytara bilər. Alıcı sifariş verildikdən 8 saat sonra artıq Satıcı tərəfindən icraya qəbul olunmuş sifarişləri ləğv etmək imkanında olmayacaqdır. Alıcı Satıcının qərarını mübahisələndirməyəcəyinə və sifarişin ləğvi ilə bağlı onun qərarını qəbul edəcəyinə razılaşır.
    3. Sifarişin ZoodMall tərəfindən ləğvi: ZoodMall hər hansı səbəbə görə istənilən vaxt sifarişləri ləğv etmək hüququnu özündə saxlayır. Əgər sifariş yerləşdirildikdən 3 gün sonra ödənilməyibsə o ZoodMall tərəfindən ləğv oluna bilər.
    4. Alıcı tərəfindən əldə edilmiş istənilən imtiyazların kompensasiyası: Əgər Alıcı özü və ya Satıcı tərəfindən sifarişi ləğv olunmuş Məhsul üzrə ZoodMall tərəfindən təqdim olunan istənilən marketinq və ya reklam aksiyaları nəticəsində hər hansı imtiyazlardan faydalanıbsa Alıcı belə imtiyazların dəyərinin Alıcıdan geri alınmasına və ya Alıcıya geri ödənilən hər hansı bir vəsaitdən onların kompensasiya edilməsinə razılaşır və ZoodMall-a belə səlahiyyət verir.
  7. Tətbiq olunan qanunvericilik

    1. Hazırki Satış Şərlləri qanunverici aktların ziddiyyət təşkil etməsi prinsiplərinə istinad etmədən İsveçrə qanunvericiliyinə əsasən nizamlanacaqdır. ZoodMall-a qarşı olan bütün mübahisələr eksklüziv olaraq İsveçrənin Ticarət Palatalarının Arbitraj İnsitutu tərəfindən təyin olunan tək arbitr tərəfindən aparılan arbitraj məhkəməsinə yönləndiriləcəkdir. Abritrajın keçirilmə yeri İsveçrənin Cenevrə şəhəri olacaqdır. Arbtiraj məhkəməsi İsveçrənin Ticarət Palatalarının Arbitraj İnstitutunun 2012-ci il tarixli İsveçrənin Beynəlxalq Arbitraj Reqlamentinə müvafiq olaraq aparılacaqdır. Arbitrın qərarı yekun və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olacaqdır.
    2. Siz hazırki Satış Şərtlərinin sırf sizin üçün nəzərdə tutulduğunu təsdiq edirsiz. Bu şərltər sizin xələf və hüquqi varisləriniz istisna olmaqla hər hansı bir digər şəxsə şamil olunmur.
  8. Kommunikasiyalar

    Hər hansı bir sualınız və ya şikayətləriniz olduğu təqdirdə xahiş edirik ZoodMall müştəri xidməti ilə əlaqə saxlayın.
  9. ZoodMall tərəfindən məsuliyyətdən imtina

    1. ZoodMall onlayn bazar formasında vasitəçi rolunu oynayır və bu rol satıcı və alıcılar arasında əməliyyatların aparılmasına şərait yaratmaq üçün satıcıya məhsullarını nümayiş etdirmək, reklam etmək, göstərmək, təqdim etmək və satış üçün təklif etmək və alıcıya belə şəkildə təklif olunan məhsulları və digər köməkçi xidmətləri almaq imkanını yaratmaq məqsədilə vebsaytın idarə olunması ilə məhdudlaşır. Müvafiq olaraq Vebsaytda olan məhsulların satışı üzrə istənilən müqavilə satıcı və alıcı arasında ikitərəfli müqavilə olmalıdır. ZoodMall-un belə müqaviləyə münasibətdə heç zaman hər hansı bir öhdəliyi və ya məsuliyyəti olmamalıdır, nə də ZoodMall məhsullar üzərində hər hansı hüquqlara malik olmamalıdır. Məhsullar üzərində mülkiyyət hüququ və onlara münasibətdə digər hüquq və maraqlar birbaşa satıcıdan alıcıya keçməlidir.
    2. ZoodMall vebsayt, tətbiqlər və ya linklə çıxışı olan istənilən səhifələr vasitəsilə çıxış əldə edilməsi mümkün olan və satıcılar tərəfindən təklif olunan istənilən məhsula (o, cümlədən, lakin məhdudiyyət təbiq olunmadan məhsul kataloqlarına) nəzarət etmir, onu tövsiyə etmir və ya ona görə məsuliyyəti üzərinə götürmür. ZoodMall məhsul və ya xidmətin kommersiya yararlılığı, müəyyən məqsədə uyğunluğu və üçüncü tərəfin mülkiyyət hüquqlarının pozulmaması ilə bağlı təminatlar da daxil olmaqla satıcı və ya istənilən üçüncü tərəflərin adından və onların məhsulları ilə bağlı hər hansı bir təminat və ya qarantiyalar vermir və onlara görə məsuliyyəti üzərinə götürmür. Alıcının belə üçüncü tərəflərlə apardığı istənilən əməliyyatlar alıcının öz riski bahasına aparılır. Məhsullar satıcının zəmanət, servis və texniki qulluq üzrə şərtlərinə məruz qalacaqdır və ZoodMall buna görə hər hansı bir məsuliyyəti daşımır. ZoodMall həmçinin məhsulların alıcı tərəfindən istifadəsinə görə hər hansı bir məsuliyyəti üzərinə götürmür.
    3. ZoodMall alıcının satıcıdan aldığı istənilən qeyri-qanuni, digər tərəfin hüququnu pozan, saxta, dublikat, qondarma, qüsurlu və ya qeyri-qanuni şəkildə istehsal olunmuş, təmir olunmuş, vaxtı bitmiş məhsullara görə istənilən məsuliyyətdən imtina edir və ZoodMall məhsulun alıcı tərəfindən satıcıdan alınmış və ya əldə edilmiş məhsulun alışını təsdiq edən sifarişdə təsvir olunmuş spesifikasiyalara dəqiq olaraq uyğun gəlmədiyinə görə hər hansı bir məsuliyyəti üzərinə götürməyəcəkdir.
    4. ZoodMall Satıcının Alıcıya Məhsul satışı üzrə təklifi və ya satışına, onun çatdırılması, Məhsul üzrə zəmanət şərtləri (əgər varsa) və istənilən Məhsulların qaytarılması, məhsula görə ödənilmiş məbləğin geri ödənilməsi və ya sifarişin ləğvinə görə heç bir şəkildə məsuliyyət daşımır.
    5. ZoodMall Məhsulun Satıcısı tərəfindən göstərilmiş satış qiymətinin dəqiqliyinə, münasibliyinə və etibarlı olduğuna dair heç bir zəmanət vermir. Satış qiymətində olan istənilən səhvlərə görə məsuliyyət ZoodMall-a yox Satıcıya aiddir. Qiymətlər, məhsul təsviri və məhsulun mövcud olub olmaması Satıcının məsuliyyətidir.
    6. Alıcı qüsurlu Məhsulu satan Satıcının Alıcının belə qüsurlu Məhsula münasibətdə istənilən iddialarına görə məsuliyyət daşıyacağını və ZoodMall-un buna görə heç bir məsuliyyəti üzərinə götürməyəcəyini birbaşa təsdiq edir.
    7. ZoodMall Məhsulun olmaması, Məhsulun birbaşa Satıcı tərəfindən çatdırılması və zəruri olduqda quraşdırılmasına görə heç bir məsuliyyəti üzərinə götürməyəcəkdir.