Məhsulların Qaytarılma Siyasəti

Məhsulların Qaytarılma Siyasəti

ZoodMall müştərilərimiz üçün ən yaxşı alış-veriş təcrübəsini təmin etməyə səy göstərir.

Əgər sizə çatıdırılan məhsul sifarişinizə uyğun olmazsa, qüsurlu və ya zədəli olarsa siz çatdırılmadan sonra 14 gün müddətində onları bizə qaytara bilərsiz. Bununla belə müştərinin istəyinə görə sifarişin ləğv olunması ilə bağlı malları yalnız sifariş verildikdən sonra ilk 8 saat ərzində qaytarmaq olar.

  • Zədələnmiş məhsul (məhsulları) aldıqda siz bağlamanı aldığınız andan 48 saat ərzində bizim Müştəri Xidməti ilə əlaqə saxlamalısınız.
  • Mallar yeni vəziyyətdə olmalıdır və bütün aksessuarlarla (istifadəçi təlimatı, zəmanət kartları, mənşə sertifikatı daxil olmaqla) və onlarla əldə olunmuş pulsuz hədiyyələrlə birlikdə orijinal qablaşdırmada qaytarılmalıdır.
  • Qaytarılan məhsul istifadə olunmamalı və ya quraşdırılmamalıdır və ya ona hər hansı bir məlumatlar daxil edlilməməlidir.
  • Qaytarılan malların rəsmiləşdirilməsi üçün bağlamaya daxil olan bütün məhsullar qaytarılmalıdır.
  • Siz bəzi məhsulların (Məsələn Süd Qatqıları) açılmadığına əmin olmalısınız, çünki əks halda qaytarılan malı sizdən qəbul etməyəcəklər.

Xahiş olunur nəzərə alasız ki, gigiyena (alt paltarı və sairə) və logistika səbəblərindən bəzi malları qaytarmaq mümkün deyil.

Əgər sizin tərəfinizdən qaytarılan mal yuxarıda qeyd olunan bütün tələbləri qarşılıyırsa və siz malın qaytarılmasını rəsmiləşdirmək istəyirsizsə siz sifariş səhifəsindəki malın yanında "Müştəri Xidməti ilə Əlaqə Saxla" mətninin üzərinə klikləyərək qaytarılma proseduruna başlaya bilərsiz.

Və ya siz +7 727 3110790 telefon nömrəsi vasitəsilə birbaşa bizimlə əlaqə saxlaya bilərsiz. Əgər müvafiq qiymətləndirmədən sonra tərəfinizdən qaytarılan malın qaytarılma tələblərini qarşılaması təsdiqlənərsə (Mallar ZoodMall anbarına çatdırıldıqdan sonra 5 iş günü ərzində) biz sizi bu barədə xəbərdar edəcəyik və 14 gün müddətində vəsaitinizi geri qaytarıcağıq. Əgər tərəfinizdən qaytarılan mal qaytarılma tələblərini qarşılamazsa həmin məhsul yenidən sizə geri göndəriləcəkdir.

Malların Qaytarılması/Vəsaitin Geri ödənilməsi və ya sifarişin ləğv edilməsi istənilən tez korlanan mallara tətbiq olunmur. Aldığınız malın sizi tamamilə qane etməsinə əmin olmaq üçün xahiş olunur sifariş çatdırılan kimi bağlamanın içini yoxlayın.